Aeratravel.az
Aeratravel.az

Ən ucuz Volkswagen elektromobili yenidən satışa çıxarılıb

  • 1 019
  • 0
  • 21-02-2022, 19:43
Ən ucuz Volkswagen elektromobili yenidən satışa çıxarılıb

Masin.az xəbər verir ki, Volkswagen 16 aylıq fasilədən sonra kompakt e-up! Elektrokarının satışını bərpa etdi. Bu modeli artıq Almaniyada sifariş etmək olar və tədricən digər Avropa bazarlarında da satışa çıxarılacaq.

Slovakiyada istehsal olunan Volkswagen e-up! dörd oturacaqlı heçbek modelinin uzunluğu 3,5m, eni 1,6m-dir. Elektromobil 2013-cü ildən istehsal olunur, 2019-cu ildə modernləşdirilib, bundan sonra ona olan tələbat kəskin artıb. Belə ki, bu versiyanın satşı 21 min oldu, amma elandan sonra Volkswagen 33 min sifariş topladı.



Yığma müəssisəsinin bu həcmdə istehsala hazır olmadığı məlum oldu - 2020-ci ilin sonuna qədər e-up! Modelinin elektron tədarükləri 16 aya qədər uzanmışdı, buna görə də şirkət rəhbərliyi müvəqqəti olaraq satışı dayandırmağa qərar vermişdi. Bununla belə istehsal davam etdirilirdi, 2021-ci il ərzində isə Volkswagen ancaq sifariş edilmiş avtomobilləri göndərdi. Nəticədə yeni elektromobillərin qeydiyyat sayına görə Tesla Model 3 keçən il Almaniyada ikinci yeri tutdu.

İndi Volkswagen e-up! Modelinin qiyməti 26895 avrodur, buna baxmayaraq Almaniyada “yaşıl” maşınlar üçün 9570 avro məbləğində subsidiya verilir. Elektrokar 61 kVt (83 at gücü) gücündə və 210 Nm fırlanma anı  olan mühərriklə təchiz olunub. Dartma batareyasının həcmi 32,2 kvT/s, WLTP sertifikatlaşdırılmış dövrdə yürüş ehtiyatı 258 km-ə qədərdir. 



Bundan sonra ən böyük Volkswagen elektromobili ID.3 hetçbekidir. Daha böyük salon, daha çox yürüş ehtiyatı və daha yaxşı dinamikasına malikdir. Amma buna baxmayaraq, onun başlanğıc qiyməti ekoloji endirimlərsiz 31500 avro təşkil edir.


Tərcümə: Famil Ələkbərov

Mənbə: autonews.autoua.net

Şərhlər