Aeratravel.az
Aeratravel.az

Keyfiyyətinə görə ən yaxşı və ən pis avtomobil markaları məlum oldu

  • 3 574
  • 0
  • 21-02-2022, 21:10
Keyfiyyətinə görə ən yaxşı və ən pis avtomobil markaları məlum oldu

Masin.az mail.ru-ya istinadən xəbər verir ki, 2022-ci ilin yeni araşdırmasında sürpriz oldu: Mercedes-Benz və Teslanın mövqeləri kəskin düşsə də Subaru qalib gəldi.

Dünyada avtomobil markalarının etibarlılığı, müəyyən model və markalar haqqında müştəri məmnunluğu ilə bağlı çoxlu araşdırmalar aparılır. Amerikanın Consumer Reports nəşrinin qiymətləndirməsi ən ətraflı metodlardan biridir. 2022-ci ilin yeni araşdırmasında Subaru qalib gəldi. Ən pis seçim olaraq Jeep seçildi, hətta Mercedes-Benz belə reytinqin sonunda yer aldı - 25-ci və 32-ci yer. 1 il ərzində alman brendi dörd pillə geriləyib.

Teslanın uğursuzluğu daha çox nəzərə çarpır - bir ildə yeddi yer geridədir, amma buna baxmayaraq Mercedes-dən bir pillə yuxarıdadır.

Ümumi qiymətləndirmə çox ətraflı xal sistemi ilə hesablanır. İlk öncə bildirək ki, Consumer Reports-un mütəxəssisləri avtomobillərin keyfiyyətini 50 parametr üzrə qiymətləndirərək maşınların yol sınaqlarını həyata keçirirlər. İkincisi, sahiblər arasında qeydə alınmış nasazlıqlar barədə sorğu keçirilir, bunun əsasında da “gözlənilən etibarlılıq” kateqoriyasında xallar hesablanır. Üçüncüsü, istehlakçıların məmnuniyyəti müəyyən edilir (bu modeli yenidən alacaqlarımı). Dördüncüsü, keçirilən qəza testləri barədə bütün əlçatan məlumatlar toplanılır. Sonda, beşincisi, öz sinfində ekoloji cəhətdən ən ekoloji maşın qismində mükafata layiq olanlar əlavə xallar əldə edir.

Consumer Reports ekspertləri modellər haqqında məlumat topladıqdan sonra markalar üzrə reytinqi tərtib edirlər.

Land Rover və Alfa Romeo-nun pis qiymət alması elə də təəccüblü deyil. Jaguar da çox vaxt belə reytinqlərdə yaxşı nəticə göstərmir. Tesla və Mercedes-in isə reytinqdə autsayder kimi qeyd olunması həyəcanverici siqnaldır.

Aşağıdakı diaqramda marka nə qədər sağa doğru olarsa, bir o qədər də yol testlərində onun performansı nə qədər yaxşıdır, nə qədər nöqtə yüksək olarsa, bir o qədər də brend tərəfindən qazanılan ümumi xal yüksəkdir.


Tərcümə: Famil Ələkbərov

Şərhlər