Aeratravel.az
Aeratravel.az

Tesladan daha yaxşı: ultra enerji tutumlu akkumulyatorlar

  • 924
  • 0
  • 22-02-2022, 13:10
Tesladan daha yaxşı: ultra enerji tutumlu akkumulyatorlar

Amprius şirkətinin litium-ion hüceyrələri xüsusi həcmdə Tesla-dan üstündür.

Masin.az Motor.ru-ya istinadən xəbər verir ki, Kaliforniyada yerləşən Amprius startapı özünün istehsal etdiyi yüksək enerji tutumlu litium hüceyrələrinin ilk partiyasını adı açıqlanmayan alıcıya göndərdi. Şirkət bildirir ki, batareyanın xüsusi həcmi kiloqram üçün 450 Vatt, enerji sıxlığı isə litr üçün 1150 Vt/s-dır. Müqayisə üçün Tesla Model 3 modelindəki akkumulyatorların göstəriciləri verilir: Müvafiq olaraq kiloqram üçün 265 Vt/s və litr üçün 730 Vt/s.

Amprius batareyası 2007-ci ildə Stenford Universitetinin alimləri tərəfindən hazırlanmış silikon nanotel texnologiyasına əsaslanır. O, qrafit qəfəsin ondan on dəfə çox litium tutmağa qadir olan, lakin daha kövrək, şişməyə və akkumulyatorun ümumi işinə mənfi təsir göstərən passivləşmə təbəqəsi əmələ gətirməyə meylli olan silikon bığlarla əvəzlənməsini nəzərdə tutur.

Amprius şirkətinin fikrincə, müxtəlif uzunluqlu nanotiplərdən ibarət “meşə”nin (massiv) formalaşması bu problemlərin həllinə kömək edib. Onlar anodun substratına inteqrasiya olunur və buna görə də yüksək yüksək keçiriciliyi təmin edir. Şirkətdə hüceyrələrin vəziyyətinin “əla” və “daim yaxşılaşan” adlandırırlar, amma rəqəmləri təqdim etmirlər. Məlumdur ki, bu batareyaların komponentlərinin əksəriyyətini mövcud texniki proseslər və xammaldan istifadə etməklə istehsal oluna bilər, axı onların yeganə yeniliyi anoddur.

Amprius batareyalarının xüsusi həcmi bir kiloqram üçün 450 Vt/s, enerji sıxlığı isə bir litr üçün 1150 Vt/s-dır. Bərk cisim hüceyrələrindəki kimi göstəricilər elə də yüksək deyil. Məsələn: sınaq litium-kükürd hüceyrələrinin xüsusi həcmi bir kiloqram üçün 1000 Vt/s-dır, litium-karbon dioksid hüceyrələrində isə iki minə yaxındır.

Əlbəttə ki, kommersiya batareyaları Amprius-a çatmır. Belə ki, Tesla Model 3-dəki akkumulyatorlar bir kiloqram üçün 265 Vt/s və bir litr üçün 730 Vt/s-dır.

Amprius artıq ilk alıcıya bir sıra yeni hüceyrələr təhvil verib. Onlardan növbəti nəsil psevdopeyklərdə istifadə olunacaq, bu da o deməkdir ki, hələlik batareyalar elektromobillərdə quraşdırmaq üçün çox bahadır. Mümkündür ki, texnologiya kütləvi istehsala başladıqdan sonra daha əlçatan olacaq, şirkət buna görə də artıq müəssisənin tikintisi üçün yer seçir. Amprius investorları sırasında BAIC və Airbus var.


Tərcümə: Famil Ələkbərov

Şərhlər