Aeratravel.az
Aeratravel.az

"Platin" təhlükəsizlik səviyyəsinə malik ilk avtomobil açıqlandı

  • 804
  • 0
  • 22-02-2022, 13:30
"Platin" təhlükəsizlik səviyyəsinə malik ilk avtomobil açıqlandı

Euro NCAP müstəqil kreş testlər üzrə Avropa Komitəsi 2022-ci ildə buraxılmış yük furqonlarının təhlükəsizlik reytinqini tərtib edib. Masin.az xəbər verir ki, AvtoVzglyad portalı aydınlaşdırıb ki, nüfuzlu təşkilat Avropa bazarında satılan 19 modelin təhlükəsizlik sistemini sınaqdan keçirib.

Ən mühüm meyar başqa avtomobillə toqquşmanın qarşısının alınması idi. Model bu məşqi əla yerinə yetirməklə dərhal ümumi reytinqin 30% -ni əldə edə bilib. İkinci yerdə hərəkət zolağına nəzarət sistemi olub ki, ona da 20% veriblər.

Tərkibinə kruiz-kontrol və işarələrin tanınması, həmçinin sürücülər üçün təhlükəsizlik monitorinqi daxil olan sürətə nəzarət sisteminin işinə görə avtomobil  hər bir sistem üçün 15% əldə etdi. Nəhayət, velosipedçilər və piyadaların müdafiəsi sistemlərinin işi üçün mütəxəssislər daha 10% verdilər.

2022-ci ildə Fiat Ducato Euro NCAP toqquşmadan yayınma sistemi testinin qalibi oldu və bu, eyni zamanda sınaq tarixində ən yüksək “platin” reytinqini qazanan ilk və yeganə avtomobil oldu.


Tərcümə: Famil Ələkbərov

Şərhlər