Aeratravel.az
Aeratravel.az

Avropada 2022-ci ilin ən yaxşı avtomobili seçildi

  • 735
  • 0
  • 3-03-2022, 11:24
Avropada 2022-ci ilin ən yaxşı avtomobili seçildi

Masin.az oxu.az-a istinadən xəbər verir ki, “İlin avtomobili 2022” (Car of the Year 2022) Avropa müsabiqəsinə yekun vurulub.

Qitə avtoekspertləri ən çox xal toplamış Kia EV6 elektromobilini ilin ən yaxşısı kimi qiymətləndiriblər. Koreya elektromobilinin finaldakı rəqibləri müvafiq olaraq ikinci və üçüncü yerləri tutan “Renault Megane E-Tech” və “Hyundai Ioniq 5” olub.



Həmçinin “Peugeot 308”, “Skoda Enyaq iV”, “Ford Mustang Mach-E” və “Cupra Born” ilk onluqda yer alıb.


Şərhlər