Aeratravel.az
Aeratravel.az

Soyuq mövsümdə uşağı avtomobil oturacağında necə daşımaq olar?

  • 744
  • 0
  • 5-03-2022, 08:03
Soyuq mövsümdə uşağı avtomobil oturacağında necə daşımaq olar?

Uşaqların səhv bərkidilməsi ilə bağlı hansı səhv, hətta 50 km/saat sürətdə də faciəyə səbəb olur?

Uşaqları avtomobildə gəzdirirsiz? Onda bunu bilməlisən! Həyatınızı xilas edə bilər.

Soyuq havalarda əksər valideynlər, bunun kiçik sərnişinin ölümünə səbəb ola biləcəyini düşünmədən, uşaqlarını isti üst paltarda avtomobilə qoyurlar.



Məsələ burasındadır ki, uşaqların üst geyimi çox vaxt kifayət qədər həcmli olur. Buna görə də valideynlərdə uşağın təhlükəsizlik kəməri ilə etibarlı şəkildə bağlanması barədə aldadıcı təəssürat yaradır. Əslində, kəmər uşağın bədəninə tam "oturmur".

Qəza zamanı, zərbə nəticəsində, ətalət qüvvəsi körpəni kəskin şəkildə irəli atır, bu da təhlükəsizlik kəmərinin altındakı üst paltarın sıxılmasına səbəb olur. Beləliklə, körpənin bədəninin daha da hərəkəti üçün boş yer sərbəst buraxılır, bu da çox vaxt həyatı bahasına başa gələn ciddi xəsarətlərə səbəb olur.

Qəza sınağının nəticələri: düzgün bağlanmamış uşağı öldürmək üçün 50 km/saat sürət zərbəsi, kifayətdir.



Xüsusi təchiz olunmuş laboratoriyada mütəxəssislər, bir sıra qəza sınaqları keçirdilər və yekunda məyusedici nəticələrə gəldilər. 50 km/saat sürətlə hərəkət edən avtomobilin zərbəsi zamanı, düzgün bağlanmamış uşağın, ölmə ehtimalı var.

Mütəxəssislər təkid edirlər ki, uşaq üst geyimi olmadan avtomobil oturacağında olmalıdır. Soyuq havada özünü rahat hiss etməsi və donmaması üçün onu, yuxarıdan öz paltarı və ya avtomobildə xüsusi saxlanan yorğanla örtmək olar.

Eyni qayda böyüklərə də aiddir. Mütəxəssislər avtomobili idarə edərkən həm sərnişinlər, həm də sürücü üçün üst paltarını çıxarmağı tövsiyə edirlər. Əks halda, təhlükəsizlik kəmərlərinin effektivliyi əhəmiyyətli dərəcədə azalır.


Məlumatı hazırladı: "Avtoklub Azərbaycan klubu"nun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər