Aeratravel.az
Aeratravel.az

“AvtoVAZ” istehsalı niyə dayandırdı?

  • 671
  • 0
  • 5-03-2022, 08:04
“AvtoVAZ” istehsalı niyə dayandırdı?

5 mart 2022-ci il tarixdən "AvtoVAZ" hər iki məkanda – həm Tolyattidə, həm də İjevskdə avtomobil istehsalını dayandıracaq. AVTO KLUB AZƏRBAYCAN, istehsal fasiləsinin nə ilə əlaqəli olduğunu araşdırdı.

Fasilə müddəti bir həftədən çox davam edəcək – ən azı martın 5-dən 13-dək. Avtomobil nəhəngini əsas səbəbi - "elektron komponentlərin təchizatında böhran" adlandırır. Əldə etdiyimiz məlumatlara görə AvtoVAZ, hazırda Bosch qurğularının kəskin çatışmazlığını yaşayır, lakin bu, Rusiyaya qarşı sanksiyalarla deyil, dünyəvi yarımkeçirici böhran ilə təhrik edilir.

Üstəlik, şirkət rəhbərliyi bu yaxınlarda hətta qıt hissələrin alternativ tədarükçülərini də tapmağı bacardı. Lakin, Ukraynada məlum hadisələr başlamazdan əvvəl zavod, sadəcə olaraq yeni müqavilələr bağlamağı çatdırmadı. Ola bilsin ki, bu daha sonra edilə bilər.

Bununla belə, Bosch özü bütün səylərini Almaniyada yarımkeçiricilərin istehsalını genişləndirməyə sərf etmək niyyətindədir. Alman konserninin nümayəndələrinin fikrincə, gücün artırılması avtomobil sənayesi üçün mikroçiplərə artan tələbatı ödəyəcək.

Sanksiyalara gəlincə, bizim mənbələr daha çox LADA Vesta üçün variator təchiz edən Yaponiyanın Jatco şirkətinin məhdudiyyətlərindən qorxurlar. Həmçinin, xaricdən gətirilən boya materiallarının da olmama ehtimalı var. Ancaq yenə də: tərəfdaşlardan hələlik konkret imtina yoxdur.


Məlumatı hazırladı: "Avtoklub Azərbaycan klubu"nun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər