Aeratravel.az
Aeratravel.az

Hibrid avtomobil sənət əsərinə çevrildi

  • 904
  • 0
  • 9-03-2022, 11:03
Hibrid avtomobil sənət əsərinə çevrildi

Masin.az Oxu.az-a istinadən xəbər verir ki, avtomobil istehsalçısı “McLaren” rəngli rəsmləri ilə məşhur olan britaniyalı abstrakt rəssam Nat Bouendən “Artura” superkarından kətan kimi istifadə etməyi xahiş edib. Nəticə çox rəngli boyaların bir neçə qatı ilə örtülmüş sənət əsəri alınıb. 

Hələ satışa çıxarılmayan çoxrəngli “Artura”ya hər kəs Dubaydakı “ME Dubai” hotelində baxa bilər.

Avtomobil orada martın 31-dək nümayiş etdiriləcək.

Qeyd edək ki, “McLaren Artura” 3,0 litrlik V6 mühərriki və inteqrasiya olunan elektrik mühərrikinə malik səkkiz diapazonlu “robot”la təchiz edilib.

Elektrik mühərrikin ümumi hasilatı 680 at gücünə çatır və yerindən ilk “yüzlüyə” sürətlənmə düz üç saniyə çəkir. Maksimal sürət isə saatda 330 kilometrlə məhdudlaşır.



Şərhlər