Aeratravel.az
Aeratravel.az

Sanksiyalar “KamAZ”dan da yan keçmədi - İstehsal problemi yarandı

  • 1 025
  • 0
  • 11-03-2022, 19:19
Sanksiyalar “KamAZ”dan da yan keçmədi - İstehsal problemi yarandı

“KamAZ” Rusiyaya qarşı yeni sanksiyalardan sonra ehtiyat hissələri çatışmazlığı ilə üzləşib.

Masin.az Metbuat.az-a istinadən xəbər verir ki, xaricdən gətirilən ehtiyyat hissələrinin çatışmazlığı səbəbindən “KamAZ” zavodları bəzi modellərini və şassilər istehsal edə bilməyəcək.

Bu barədə şirkətin baş direktoru Dmitri Leonov “İzvestiya”ya şərhində bildirib .

"Mart ayından etibarən bütün K3 model seriyalı avtomobillər əsasən- Rusiya analoqunda 154 sürət qutusu, “AZPİ” yanacaq avadanlığı ilə təchiz olunmuş səviyyələrdə istehsal olunacaq", - deyə açıqlamada bildirilir.

Həmçinin, elektron komponentlərin çatışmazlığı səbəbindən Rusiya Federasiyasının bir neçə zavodunda “AvtoVAZ” avtomobillərinin yığılmasının martın 11-dək dayandırılıb.

Şərhlər