Aeratravel.az
Aeratravel.az

Sürücülük vəsiqəsinin etibarlıq müddəti

  • 847
  • 0
  • 11-03-2022, 22:57
Sürücülük vəsiqəsinin etibarlıq müddəti

Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir:

  • 60 yaşına çatmamış şəxslər üçün - 10 il;
  • 60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddət;
  • 70 və daha çox yaşı olan şəxslər üçün - 2 il;
  • siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün -təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində ("Permis de conduire"), bu maddənin üçüncü hissəsinin 1-ci - 11-ci bəndlərində göstərilən mə'lumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar.

Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini möhkəm saxlamağa borcludur.

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və e'tibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

Surucünün vəsiqəsi:



Şərhlər