Aeratravel.az
Aeratravel.az

Azərbaycana gətirilmiş ilk avtomobil və onun sahibi

  • 638
  • 0
  • 15-03-2022, 01:34
Azərbaycana gətirilmiş ilk avtomobil və onun sahibi

Azərbaycanda ilk avtomobilə sahib olan şəxs ölkədəki ilk şərab sənayesinin təməlini qoyan helenendorflu(hazıki Göygöl) sahibkar Kristofer Forerin(Christopher Vohrer) oğlu Adolf Gottlob Vohrer olub. O, Hamburqda yerləşən "Adler" firması ilə müqavilə bağlayaraq, 1913-cü ildə Azərbaycana bu fotodakı Mercedes markalı maşını gətirib. Müqaviləyə əsasən o, Mercedesin Qafqazdakı təmsilçisi idi. Bu günki dillə desək, rəsmi distribyutoru. Foto Helenendorfda(keçmiş Xanlar, indiki Göygöl rayonu) çəkilib.


Məlumatı hazırladı: "Avtoklub Azərbaycan klubu"nun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Mənbə: Entgrenzung - Deutsche auf Heimatsuche zwischen Württemberg und Kaukasien, 2017.

Şərhlər