Dövlət qurumlarına köhnə avtomobillər almaq qadağan edilib

  • 242
  • 0
  • 19-03-2022, 20:07
Dövlət qurumlarına köhnə avtomobillər almaq qadağan edilib

Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) tərəfindən nəqliyyat vasitələrinin satınalınması zamanı istifadə edilmiş (istismar olunmuş) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin satınalınmasına yol verilməyəcək.

Masin.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisəsi və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə təşkilatların balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin hər biri üçün hər il dövlət büdcəsində ayrılan vəsaitlərə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - avtonəqliyyat vasitələrinin aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin istismar müddəti 5 ilə qədər olduqda - 30 faizi məbləğində, istismar müddəti 5 ildən yuxarı olduqda - 40 faizi məbləğində dövlət büdcəsindən vəsait ayrılacaq.

Əvvəl isə avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində dövlət büdcəsindən vəsait ayrılırdı.

Şərhlər