Sırala:

Türkiyədə 200 mindən çox elektrik doldurma məntəqəsi inşa ediləcək

  • 1 056
  • 0
  • 21-05-2021, 14:00
Türkiyədə 200 mindən çox elektrik doldurma məntəqəsi inşa ediləcək Türkiyədə, ölkə daxilində 200.000-dən çox nöqtəyə elektrik doldurma məntəqələri şəbəkəsinin yaradılmasına başlanıb.

Bu barədə Sənaye və Texnologiya naziri Mustafa Varank bəyan etdi.
“Proqnozlarımıza görə, 2030-cu ilədək yollarda 2 milyondan çox elektromobil olacaqdır. Bunun əhəmiyyətli hissəsi şübhəsiz ki, yeni türk elektrikli avtomobili TOGG olacaqdır. Bu sayda elektrikli avtomobildə xidmət göstərmək üçün 200 mindən çox ictimai elektrik doldurma məntəqəsinə ehtiyac olacaqdır. Sənaye və Texnologiyalar Nazirliyi digər müvafiq nazirliklərlə birlikdə lazımi infrastruktur hazırlığını həyata keçirir” – o, dedi.

Onun sözlərinə görə, elektrikdoldurma məntəqələri şəbəkəsi ilk yerli istehsal olunan elektrikli avtomobilin konveyerdən çıxdığı an işə başlayacaq.
TOGG şirkətinin verdiyi məlumata görə, Türkiyə tərəfindən hazırlanmış ilk elektrikli avtomobillər 2022-ci ildə satışa çıxarılmalıdır. Türkiyə bazarına girdikdən sonra avtomobillər Avropa ölkələrinə, əvvəlcə Almaniyaya, daha sonra Fransa və İtaliyaya ixrac ediləcək. TOGG pilot elektrikli avtomobil 2019-cu ilin dekabrında təqdim edilmişdir.

Müəllif"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər