Aeratravel.az
Aeratravel.az

Neftçilər prospektini bir-birinə qatan "avtoşları" yol polisləri belə saxladı

  • 754
  • 0
  • 26-03-2022, 20:42
Neftçilər prospektini bir-birinə qatan "avtoşları" yol polisləri belə saxladı

Bakıda baş verən film kimi hadisənin görüntüləri anbaan avtomobildəki kameraya düşüb. Masin.az Avtosfer.az-a istinadən xəbər verir ki, martın 25-də paytaxtın Neftçilər prospektində yarışa çıxan "VAZ 2106" və "VAZ 2114" markalı avtomobillərin sürücüləri avtoxuliqanlıq hərəkətləri edib. Belə ki, prospekt boyunca yüksək sürətlə yarışan sürücülər Dəniz Vağzalının qarşısında avtomobillərin arasında şou göstərməyə çalışıblar. Lakin onların qarşısına qəfildən maneə çıxıb. "VAZ 2106" markalı avtomobilin sürücüsü maneədən yayınıb qaça bilsə də, digər sürücü idarəetməni itirərək avtomobili 180 dərəcə fırladıb. Xoşbəxtlikdən hadisə faciəsiz nəticələnib. Yaxınlıqdakı yol polisi əməkdaşları dərhal "VAZ 2114" markalı avtomobilin qarşısını kəsərək sürücünü sükan arxasından kənarlaşdırıblar.

Sözügedən görüntüləri təqdim edirik:

Şəfa

Şərhlər