Aeratravel.az
Aeratravel.az

ANTİFRİZ rəngləri: qırmızı, yaşıl, göy... Fərq nədədir və hansı daha məsləhətlidir?

  • 2 687
  • 1
  • 28-03-2022, 12:25
ANTİFRİZ rəngləri: qırmızı, yaşıl, göy... Fərq nədədir və hansı daha məsləhətlidir?

Antfrizin keyfiyyəti - soyutma sisteminin daha təhlükəsiz və uzunömürlü işləməsinə kömək edir.

İstifadəçilərin çoxu antfrizin yayda qaynamamasına+yağlılığın qorunub saxlanmasına və qışda donmamasına fikir verirlər. Əslində bu belə deyil. Nəticədə sistemdə kirəcləşmə, su pompasının sıradan çıxmasına və soyutma sisteminin yaxşı işləməməsinə gətirib çıxarır. Buna görə də avtomobilinizə uyğun antfrizin seçilməsinə diqqət etmək lazimdi. Bu gün biz sizə antfrizlərin texniki xüsusiyyətləri haqqında geniş məlumat verəcəyik.

ANTİFRİZ nədir?

Antfriz-G11

Antfriz - bu ad soyuducu mayenin beynəlxalq dildə adıdı. İngilis dilindən tərcumədə Antfriz - donmayan mənasını verir. Bütün antifrizlərin kimyəvi tərkibi qlukogen əsaslıdı: etilenqlikol və ya propilenqlikol əlavə olaraq zənginləşdirici qatqılardan ibarətdir. Etilenqlikol - bu iki atomlu spirtdi. Əsl etilenqlikol özünün yağlılığı və şirin dadı ilə xarakterizə olunur. +200 Selsidə qaynayır. -12.3 Selsidə donur. Çox zəhərli maddədir. İnsan bədənində 200-300 qram aralığında olanda ölümlə nəticələnir (təkcə etil spirti ilə neytrallaşır yəni spirtli içki sayılan araq ilə).

Antfrizin tərkibi faizə görə aşağıdakı kimidir:

90%-etilenqlikol

5-7% -əlavə qatqılar

3-5%-su

Fikir verin antifrizin ümumi tərkib hissəsinin 90%-ni etilenqlikol təskil edir. Belə çıxır ki bütün antifrizlərin kimyəvi tərkibləri eynidi. Amma keyfiyyət isə bu 5-7%-lik əlavə qatqılardan asılidır hansi ki sizin maşın təmirə dayanmadan işləyəcək və ya hər hansı bir mağazanın daimi müştərisinə çevriləcəksiniz.

Hər bir ölkə Antifrizi özünün müvafiq dövlət standartına uyğun olaraq istehsal edir və onların standart markalanması aşağıdakı kimidir:

QOST 28084-89 (Rusiya)

BS 6580:1992 (Böyük Britaniya)

SAE J 1034 (Amerika)

ASTM D 3306 (Amerika)

ONORM V5123 (Avstrya)

AFNOR NF R15-601 (Fransa)

CUNA NC956 16 (İtaliya)

JIS K2234 (Yaponya)

G-11 (İsveçrə)

Dünya üzrə göstərilən standartlarla istehsal olunan bu antifriz okeanında nə etmək olar? Bu cür problemin qarşısını almaq üçün antifriz istehsal edən ölkənin şirkətləri çıxış yolunu axtarıb tapdılar və beləliklə onlar aşağıdakı klaslara bölünür:

1.G11

2.G12

3.G13

Gəlin hamısın nəzərdən keçirək və baxaq görək aldığımız antifrizin üzərindəki bu nişanlar nə mənanı verir.

ANTİFRİZ G11

G11 klaslı antfrizlər ənənəvi üsul ilə istehsal olunur və bəzən ona slikatlı antfriz də deyilir. Slikat tərkibli bu antfriz korroziyaya qarşı dözümlü olur və bu klass antifrizin kimyəvi tərkibi aşağıdakı kimidir.

-slikat

-fosfat

-borat

-nitrit

-amin

-nitrat

Bu cür tərkib ilə zənginləşdirilmiş G11 klaslı antifriz soyutma sisteminin divarlarını korroziyadan qorumaq üçün xüsusi təbəqə ilə izolə edir. Ancaq maksimum 120.000 km yürüşdən sonra soyutma sisteminin divarlarında kirəcləşmə əmələ gəlir. Bu da qızan hissənin soyuducu maye ilə təmasının qarşısını alır və nəticədə avtomobil həddindən artıq çox qızır. Divarlardakı kirəcləşmiş hissələr sonradan mühərrikdə yaranan titrəyişlər nəticəsində qopur və soyutma mayesinin soyuducu hissələrinin sıx keçdiyi yerdə tıxaclar əmələ gətirir. Sual meydana çıxa bilər ki, bəs əlacsız qalıb bu klass antfriz əlavə ələsək onda necə?Əlbətdə istifadə etmək olar amma ildə iki dəfə ümumi sistemi dəyişmək şərti ilə.

ANTİFRİZ G12,G12+ və G12++

Antifriz G12 soyuducu maye sayilan antfrizlər içərisində ən sonuncusudu. Belə ki bu soyuducu mayenin tərkibindəki zərərli kislotların hamısı xaric edilmişdir. Onun əvəzinə bura karbonkislotlarından istifadə olunub. Üstünlüyü ondan ibarətdiR ki slikatlı G11 antifriz kimi burda bütün soyuducu səthdə antikorroziya effekti yaratmır, əksinə azacıq korroziya verən yerlərdə qoruyucu səth yaradır. Bu səthin ümumi qalınlığı 1 mikrondan artıq olmur.

G12 tərkibli antfrizlərin aşağıdakı üstünlükləri var:

-çox sürətli istilikötürmə qabiliyyəti.

-parçalanmalar əlavə heç bir çökünti və qalıqlar yaratmamaq.

-İstismar müddətinin 3-5 ilə kimi yüksəldilməsi.

-Karbonokislot tərkibinə malik olduğu üçün karroziya başlandığı andan həmin yerin izolyasiyasına başlayır.

G12+ və G12++ tərkibi zənginləşdirilmiş antifrizlər olduğu üçün onlara bu cür klasslara ayırırlar. 

Ən sonuncu aktiv qatqılar ilə təmin olunmuş antifriz isə G13 klasına xas olan antifrizlərdi ki bunlar da özündən əvvəlkilərdən ekoloji cəhətdən təmizliliyinə və zəhərli olmamaqlarına həm də uzun müddət istismar keyfiyyətlərini saxlayaraq soyutma sisteminin detallarının qorunub saxlanmasına kömək edir. Sarı, qırmızı, göy, yaşıl antfrizlərinin fərqi nədi və hansını avtomobilə əlavə etmək daha yaxşı olardı?

1-cisi antfrizlərin (etilenqlikolun) heç birinin rəngi yoxdu o şeffav mayedi. Rəngi onlara başqa antfrizlərdən fərqləndirmək üçün vururlar.

2-cisi heç bir klass antfrizn standart rəngi yoxdu məsələn G11 həmişə göy rəngdə olur və s. Hər bir istehsalçı istənilən rəngdən istifadə ədə bilər və bu rənglər qatılığı hər istehsalatda fərqli olur.

Ancaq ümumi təcrübəni nəzərə alaraq biz klass tərkibli antfrizlərin əsasən hansı rənglərdə olduğunu müəyyən edə bilərik.

-ANTİFRİZ G11 - mavi və ya yaşıl və ya hər iki rəngin qarışığı ola bilər.

-ANTİFRİZ G12 - (G12+və G12++) qırmızı

-ANTİFRİZ G13 - narıncı qırmızı və ya başqa rəglərdə də ola bilər.


Müəllif: Sevda Rəhimova

Şərhlər

Alman istehsalı Mersedeslər üçûn hansı məsləhətdir ? il 2008 . Əvvəl göy rəng olub, qırmizi ilə əvəzlənsə zərərli olmaz?