Aeratravel.az
Aeratravel.az

BNA sorğusunun nəticəsi: "Bakıda hər 10 nəfərdən 3-ü velosiped sürür"

  • 704
  • 0
  • 30-03-2022, 00:55
BNA sorğusunun nəticəsi: "Bakıda hər 10 nəfərdən 3-ü velosiped sürür"

Paytaxt sakinləri və velosipedçilər arasında Bakı şəhərində velosiped infrastrukturunun genişləndirilməsi ilə bağlı sorğu keçirilib. Sorğu “Nəqliyyat Könüllüləri”nin iştirakı ilə baş tutub. 

Sorğunun nəticələrinə əsasən;

Respondentlərin 27%-i hər gün velosipeddən istifadə edir.

Şəhər sakinlərinin 100%-i velosiped zolağına mütləq şəkildə ehtiyac olduğunu düşünür.

Sorğu iştirakçılarının 97%-i hesab edir ki, şəhərin digər küçələrində də velosiped zolaqları təşkil olunmalıdır.

Şəhər sakinlərinin 94%-i velosiped infrastrukturunun inkişaf edəcəyi təqdirdə, velosipeddən daha çox istifadə olunacağını bildirir.

Respondentlərin 78%-i velosipeddən istifadə üçün mövcud infrastrukturun yetərli olmadığını düşünür.

Şərhlər