Sırala:

“BAIC Group” HAQQINDA

  • 87
  • 0
  • 12-10-2021, 12:00
“BAIC Group” HAQQINDA

BAIC Group (Beijing Automotive Industry Holding Co. və ya Beijing Automotive Group Co. kimi də tanınır), bir neçə avtomobil və maşınqayırma müəssisəsini birləşdirən Çin dövlət holdinq şirkətidir. 1958-ci ildə əsası qoyulub, mənzil – qərargahı Pekində yerləşir, işçilərin ümumi sayı 130 min nəfərdən çoxdur.

“BAIC Group”un əsas törəmə şirkətləri BAIC Motor (minik avtomobilləri), BAW (hərbi və yolsuzluq avtomobilləri), Foton Motor (yük maşınları, avtobuslar, kənd təsərrüfatı texnikası), Changhe (mikroavtobuslar və yolsuzluq avtomobilləri). Beijing Hyundai və Beijing Benz birgə müəssisələri Çin bazarına uyğun olaraq Hyundai və Mercedes avtomobilləri istehsal edir.

“BAIC Group”, Çində beşinci ən böyük avtomobil istehsalçısı və ikinci ən böyük kommersiya avtomobilləri istehsalçısıdır. BAIC Group-un əsas ixrac bazarları Rusiya, Cənubi Afrika, Vyetnam, Misir, Meksika, Braziliya, Kolumbiya, Banqladeş, Hindistan, Filippin, İndoneziya, Monqolustan və İtaliyadır.

TARİXİ

1953-cü ildə Pekində "İlk Avtomobil Dəstləri Fabriki" quruldu və 1958-ci ildə Beijing Automobile Works (BAW) adlandırıldı. 1984-cü ildə dövlət BAIC qrupu ilə Amerika şirkəti American Motors arasında Çində ilk birgə avtomobil müəssisəsi olan Beijing Jeep Corporation təsis edildi (1987-ci ildə American Motors şirkəti, Chrysler korporasiyası tərəfindən alındı, 1998-ci ildə isə Chrysler, Almaniyanın Daimler konserni ilə birləşdi). 1987-ci ildə BAW, "Beijing Motorcycle Company"ni aldı. 2002-ci ildə BAIC Group və Hyundai Motor Corporation arasında minik avtomobilləri istehsalı üçün ortaq müəssisə – Beijing Hyundai yaradıldı.

2005-ci ildə Beijing Jeep Corporation, Beijing Benz (BAIC və Daimler Chrysler arasında birgə müəssisə) adlandırıldı. 2006-cı ildə Foton Motor ilə Amerikanın Cummins şirkəti arasında dizel mühərriklərinin istehsalı üzrə birgə müəssisə yaradıldı. 2007-ci ildə Daimler Chrysler korporasiyası Amerika şöbəsini Chrysler-ə satdı və Daimler AG adlandırıldı (Çinin Beijing Benz müştərək müəssisəsi, Almaniyanın Daimler qrupunun tərkibinə daxil oldu).

2009-cu ildə Foton Motor şirkəti, Almaniyanın avtomobil konsernləri Daimler (yük maşınlarının istehsalı) və Pulead Technology Industry (avtomobillər üçün akkumulyator istehsalı) ilə birgə müəssisələr qurdu. 2010-cu ildə "Beijing Benz", Pekində yeni avtomobil yığma zavodu açdı. 2013 -cü ildə Daimler, "BAIC Motor"un bir törəməsindəki 9,5% payını aldı. Elə həmin il "BAIC Group", Tzyansi əyalətində olan mikroavtobus istehsalçısı "Changhe Auto"nun 70% səhmlərini başqa bir dövlət "Changan" şirkətindən aldı. 2017-ci ildə Beijing Hyundai, Çunçində yeni bir avtomobil yığma zavodu açdı.

2017-ci ildə Foton Motor və alman şirkəti "ZF Friedrichshafen AG" arasında avtomatik transmissiya istehsalı üçün ortaq bir müəssisə quruldu. 2019-cu ilin iyul ayında "BAIC Group", Daimler konserninin 5%-lik hissəsini aldı (Daimler -in digər 10%-i Çinin özəl şirkəti "Geely Automobile"ə məxsusdur). Həmçinin, 2019-cu ilin iyul ayında "BAIC Group" və Kanadanın "Magna International" korporasiyası Çjentzyan şəhərində elektrikli avtomobillərin istehsalı üçün birgə müəssisə qurdu.

BİRGƏ MÜƏSSİSƏLƏR

Beijing Hyundai Motor Co. (Pekin) - BAIC Motor və Hyundai Motor arasında minik avtomobilləri istehsalı üzrə birgə müəssisə.

Beijing Benz Automotive Co. (Pekin) - BAIC Motor və Daimler arasında minik avtomobillərinin istehsalı üzrə birgə müəssisə.

Fujian Benz Automotive Co. (Fuçjou) - BAIC Motor, Fujian Motor Industry Group və Daimler arasında minik avtomobilləri istehsalı üzrə birgə müəssisədir.

Beijing Foton Daimler Automobile (Pekin) - Foton Motor və Daimler arasında yük maşını istehsal üzrə birgə müəssisədir.

Beijing Foton Cummins Engine Co. (Pekin) - Foton Motor və Cummins arasında mühərrik istehsalı üzrə birgə müəssisə.

BAIC BJEV (Beijing Electric Vehicle Co.) - BAIC Group, Magna International və LeEco arasında ArcFox markalı elektrikli avtomobillərin (Huanhua əyalətindəki bir zavod da daxil olmaqla) istehsalı üzrə birgə müəssisədir.

"BAIC Group"un digər birgə müəssisələrinə arasında - Mercedes-Benz Leasing, Beijing Hyundai Auto Finance, BAIC Group Finance və Beijing Mercedes-Benz var.


Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər