Sırala:

Çində 2000 dollar dəyərində elektrikli pikap təqdim edildi

  • 639
  • 0
  • 11-06-2021, 23:15
Çində 2000 dollar dəyərində elektrikli pikap təqdim edildi
Jiangsu Ruipaiying Import And Export Co. avtomobl şirkəti Changli CLZKC-009 adlı ucuz elektrikli pikap buraxdı. Çində modelin dəyəri 2 min dollardır.
Xarici görünüşünə baxsaq, çinli dizaynerlər Amerika avtomobil sənayesinin işlərindən ilhamlanıblar. Eyni zamanda Changli CLZKC-009 modelinin çinli köklərini gizlədə bilməyiblər.

Məlumdur ki, elektrikli pikapın uzunluğu 3500 mm, yük götürmə qabiliyyəti 400 kq-dır. Maşının salonunda iki kreslo var, əlavə olaraq kondisioner quraşdırıla bilər.

Changli CLZKC-009 lyuk, arxa görüntü kamerası və elektrikli şüşə qaldıranla təchiz olunub.

Maşın 4 at gücünə malik elektrik mühərriki ilə hərəkətə gətirilir, maksimum sürəti isə saatda 65km təşkil edir. Avtomobil 4,8 kvT/s həcmli akkumulyator sayəsində bir şarjla 130km qət edə bilir.

Tərcümə: Famil Ələkbərov
Mənbə:солёнка.рф

Şərhlər