Sırala:

25.000 dollar dəyərində olan Yapon elektromobili üzə biləcək

  • 142
  • 0
  • 28-03-2021, 14:29
25.000 dollar dəyərində olan Yapon elektromobili üzə biləcək

Yapon avtomobil konserni su üzərində sərbəst hərəkət edə bilən nəqliyyat vasitəsi istehsalına başlamaq niyyətindədir.

Yaponiyanın Fomm şirkəti mənfi təbiət hadisələrinə qarşı daha çox qorunan bir avtomobil yaratmaq fikrinə diqqət yetirərək, avtomobil istehsalına başlamağa qərar verdi. Yapon mütəxəssislər 2011-ci ildə Fukusimadakı kədərli hadisələrdən sonra getdikcə daha çox bu kimi mövzular üzərində işləməyə başlayıblar. 

Fomm avtokonserni yer səthi və suyun üzərində hərəkət edə bilən One adlı kiçik bir elektromobil istehsal etməyi planlaşdırır. Elektromobil saatda maksimum 80 km olmaqla birdəfəlik şarjla 166km məsafə qət edə biləcək. Şirkət rəhbərliyi ilk modeli bu il bazara çıxarmaq niyyətindədir. 

Qeyd etmək lazımdır ki, üzmə qabiliyyəti olmayan belə bir model artıq Tailandda fəal şəkildə istifadə olunur. Dünyanın bir çox ölkəsində avtomobil karşarinq xidmətlərində bu cür elektromobillərə xüsusi tələbat var.

Şərhlər