Aeratravel.az
Aeratravel.az

Haqqımızda

Maşınbazari.com saytı eyniadlı domen üzərindən fəaliyyət göstərən (startap), özündə çeşidli reklam və elanları ehtiva edən virtual alış-satış platforması kimi yaradılmışdır. Bu internet resursu kontekstdən asılı olaraq proqram təminatından, saytın özünəməxsus dizaynından (qrafik dizaynı), verilənlər bazasından, avtomobil sahəsində təmsil olunan fiziki və hüquqi şəxslər üçün özəl funksionallıqlardan ibarətdir. (qeydiyyat, elan yerləşdirmə, forum və s.) 

Masinbazari.com istənilən şəxsin qeydiyyatına (ayrıca istifadəçi hesabı), say və vaxt limiti olmadan elan yerləşdirməsinə sərbəst şərait yaradır, maşın və ehtiyyat hissələrinin alış-satışında hər kəsin istəyini əlçatan edir.

Elanların yerləşdirilməsi saytımızda istifadəçi hesabının yaradılması ilə aktivləşir. 

Funksionallıq üzrə kateqoriyalarımız aşağıdakı kimidir:

- nəqliyyat vasitələrinin alqı-satqısı

-  nəqliyyat vasitələrinin kirayəsi

- ehtiyat hissələri

- xidmətlər

- qanunvericilik, xəbər və məqalələr

Hazırda aktiv olan funksionallıq:

- minik, kommersiya və retro avtomobillərin satışı

- minik və retro avtomobillərinin, toy maşınlarının kirayəsi

- istifadəçilərin şərhləri və şəxsi mesajlaşma

- ehtiyat hissələrinin satışı

- avtomobil sektoruna aid xidmətlər haqqında məlumat

Qeydiyyat zamanı hesab növləri seçərkən Fiziki, Fərdi sahibkar və Hüquqi şəxs kimi qeydiyyatınızı həyata keçirə bilərsiniz.

Qeydiyyatdan keçən zaman fəaliyyət növünü də əlavə etməyiniz xahiş olunur.

Bunlar – avtosalon, mağaza, usta, avtoservis kimi ola bilər.

Həmçinin sayt rəhbərliyi saytda yerləşdirilən gündəlik maarifləndirici xəbərlərlə və müasir qanunvericiliyin tələblərinin izahlı təqdimatı ilə istifadəçilərinin asudə vaxtlarının daha faydalı keçirmələrinə şərait yaradır. Bunun üçün ekspertlərin və mütəxəssislərin rəylərində, istifadəçilərimizi maraqlandıran ən aktual sualların cavablandırılmasında maraqlı olduğunu bildirir.

 Masinbazari.com özünün youtube kanalında (Maşın-TV) maraqlı videoyayımların təşkilini də nəzərdə tutur. 

Masinbazari.com əsasən öz çəkilişlərini avtomobil bazarlarında aparmaqla alıcı və satıcılar arasında real qiymətin müəyyən olunmasını, bazarda hansı avtomobillərə üstünlük verilməsini öz istifadəçilərinə və izləyicilərinə təqdim etməyi planlaşdırır. Masinbazari.com həm satıcılar, eləcə də alıcılar üçün hansı markalı maşınların daha sərfəli olduğuna işıq salmağa çalışacaq. 

İnşəallah, saytımız daim inkişaf edəcək və texnologiyanın ən müasir tələbləri çərçivəsində öz istifadəçilərinə onlayn-operativ xidmət göstərəcək.

Avtomobilə həvəsi olan hər kəsi “Masinbazari.com”-la əməkdaşlığa dəvət edirik. 

“Masinbazari.com”-da olun ki, sizə avtomobil almaqda və satmaqda etibarlı dostunuz olaq!

“Masinbazari.com”-da daha rahat olacaq! Axtar - tap! - “Min! Sür! Sat!


Masinbazari.com saytında reklam qiymətləri: 


VİP Elanlar: 5 gün 10 manat - 15 gün 15 manat - 30 gün 20 manat

Premium elanlar: 1 gün - 2 manat - 7 gün - 10 manat - 20 gün - 20 manat - 30 gün - 25 manat

Elanı irəli çəkmək: 1 gün - 5 manat - 7 gün - 20 manat - 30 gün - 50 manat

Radioda səsli elan - 1 aylıq 25 manat

Rent a car şirkətləri üçün limitsiz paket (5 elan pulsuzdur) - aylıq 50 manat. Paket daxilində 2 elan üçün vaxt limiti olmadan 2 vip, 1 premium elan hədiyyə ediləcək.

Avtosalonlar üçün limitsiz paket (5 elan pulsuzdur) - aylıq 50 manat. Paket daxilində 2 elan üçün vaxt limiti olmadan 2 vip, 1 premium elan hədiyyə ediləcək.

Ehtiyat hissələri mağazaları üçün limitsiz paket (50 elan pulsuzdur) - aylıq 50 manat. Paket daxilində 2 elan üçün vaxt limiti olmadan 2 vip, 1 premium elan hədiyyə ediləcək.


Partnyor saytlar:

Etasit.com - Türkiyenin taşıt satış ve bilgi merkezi

Hellogo.az

Yuxuyozmalari.az

Vma.graphics

Clipart.az - Klipart satışı

Domen.vip - VİP domenlərin satışı

Rəsmi tərəfdaşlar:


Avtomobil klubları:

AVTO KLUB AZƏRBAYCAN

Azərbaycan Sürücülər Klubu

VOLQA CLUB Azerbaijan

Vaz 2107 Azerbaycan Clubu

Magistral Sürücülük kursları

Mazda Club Azerbaijan / Official

Audi Club Azerbaijan / Official

Motor Oil Group Azerbaijan

Ford Club Azerbaijan

Auto Group Azerbaijan

Taxi Baku Youtube kanalı

Toyota/Lexus Club Azerbaijan

Mercedes Benz Club Azerbaijan

Opel Club Azerbaijan

BIMMER CLUB OF AZERBAIJAN (Official/Forum)

PORSCHE CLUB AZERBAIJAN

Kia Club Azərbaycan

Niva Club Azerbaijan

Honda Club Azerbaijan (Official Forum)

Mitsubishi Club Azerbaijan

 

Qeyd edək ki, rəsmi tərəfdaş olduğumuz klubların üzvləri VİP, Premium, irəli çəkmə kimi ödənişli funksiyalar üçün 25% endirim əldə edir.


Partnyor şirkətlər: Adob Auto


Saytın rəsmi məlumatları: 

Fərdi sahibkar: Ələkbərli Famil Fazil oğlu

VÖEN: 2301300552

Əlaqə nömrəsi: (+994 50) 232-04-45


Texniki dəstək: Aera Tech


Gizlilik siyasəti    Qaydalar    İstifadəçi razılaşması